Avropa
Bu gün Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək
Bu gün Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbir start götürəcək.
Publika.az "Report"a isinadən xəbər verir ki, Belçikanın paytaxtında Avropa İttifaqı (Aİ) və "Şərq tərəfdaşlığı" proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin iclası baş tutacaq.
İclasa Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini sədrlik edəcək. Tədbir zamanı iştirakçılar "Şərq tərəfdaşlığı" proqramının reallaşdırılmasını müzakirə edəcəklər.
Mayın 13-ü axşam Avropa Şurasının sədri Donald Tusk "Şərq tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək. Qəbulda həmçinin proqramın təşəbbüskarı olan Polşa və İsveçin keçmiş xarici işlər nazirləri Radoslav Sikorski və Karl Bildt də iştirak edəcək.
Bundan əlavə Brüsselin "Bozar" incəsənət mərkəzində konsert proqramı olacaq. Burada Brüsselin caz orkestri və "Şərq tərəfdaşlığı" ölkələrindən musiqiçilər çıxış edəcəklər.
Mayın 14-də Avropa Komissiyasının (AK) binasında AK rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçiriləcək. Konfransda "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)