Avropa
Rusiyaya buradan ölümcül zərbə vurulmalı idi - Keçmiş kəşfiyyat şefindən ŞOK İDDİA
Ukrayna istiqamətində Rusiyanın zəiflədilməsi üzrə bütün planlar iflasa uğradı.
Publika.az xəbər verir ki, bu haqda İsrailin "Nativ" xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi “Rossiya 1” telekanalının efirində bildirib.
Kedmi hesab edir ki, əsas sübut Vaşinqton və Avropa İttifaqının Ukrayna ilə bağlı xarici siyasət kursunda olan dəyişiklikdir. Keçmiş kəşfiyyat şefi vurğulayıb ki, ABŞ Ukraynada 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra Rusiyanın sərhədlərinə yaxınlaşmağa ümid edirdi.
“Əsas məqsədi Ukraynanı götürüb və Rostova Amerika donanması ilə bazaları çəkib Rusiyaya ölümcül zərbə vurmaq idi. Bütün bu planlar iflasa uğradı”, - o deyib.
Bundan başqa, Kedmi qeyd edib ki, ötən illər ərzində Avropa İttifaqı öz siyasi çəkisini xeyli itirib və Ukraynaya daha az diqqət ayırmağa başlayıb. O əlavə edib ki, indi Brüsseli daha çox Rusiya və Çin, həmçinin ABŞ-la artan anlaşılmazlıq narahat edir.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki







































