Avropa
Almaniya bu döyüş helikopterlərindən imtina etdi - FOTO
Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri təhlükəsizlik tədbiri qismində "Eurocopter Tiger" döyüş helikopterlərinin istismarından müvəqqəti imtina etmək qərarına gəlib.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, Bundesverin yaydığı məlumata görə, buna səbəb bərkidici boltların mümkün qüsurudur.
“Təhlükəsizlik Bundesver üçün prioritetdir. Bu səbəbdən "Tiger" döyüş helikopterlərinin istifadəsini dayandırmaq sərəncamı daxil olub”, - mətbuat üçün aşıqlamada belə deyilir.
AFR Silahlı Qüvvələri mümkün nöqsan barədə informasiyanı hərbi-sənaye kompleksinin nümayəndələrindən alıb. Bundan sonrakı addımlar haqqında qərar Bundesverin avqustun 8-nə planlaşdırılan iclasında qəbul olunacaq.
"Spiegel" jurnalı yazır ki, Almaniya Silahlı Qüvvələrinin sərəncamında 53 ədəd "Eurocopter Tiger" helikopteri var.
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






.jpg)




























