Avropa
Nasizm qurbanlarının ailə üzvlərinə ikili vətəndaşlıq hüququ veriləcək
Avstriya dövləti nasionalsosializm dövrünün (1933-1945) qurbanı olmuş şəxslərin ailə üzvlərinə ikili vətəndaşlıq hüququ verəcək.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi parlamentdə təmsil olunan üç böyük partiya tərəfindən dəstəklənib. Qanun layihəsinin təşəbbüsçüsü Avstriya Sosial-Demokratlar Partiyasının rəhbəri Pamela Rendi-Vaqner bildirib ki, ortaq mövqe Holokost qurbanları və onların övladlarına mühüm rəğbət siqnalıdır. O, bu addımı, həmçinin Avstriyanın tarixi cavabdehliyi kimi qiymətləndirib: “Bu günə kimi nasizmdən qurtulmaq üçün ölkəni tərk etməyə məcbur olan insanların ailə üzvlərinin Avstriya vətəndaşlığı yoxdur və bu haqsızlıq, ortadan qaldırılacaq. Əgər onların sələfləri nasistlərdən qaçıb Avstriya vətəndaşlığını itirmək məcburiyyətində qalmalı olmasaydılar, ikili vətəndaşlıq veriləcək şəxslər bu gün əslində Avstriya vətəndaşı olmalı idilər”.
Parlamentdə təmsil olunan kiçik partiyaların rəhbərləri də qanun layihəsinə müsbət mövqe nümayiş etdiriblər.
Qeyd edilməlidir ki, Avstriya ikili vətəndaşlığı qanunla qadağan edən ölkələr sırasındadır. Nasionalsosialm və faşizm qurbanları indiyədək Avstriya vətəndaşlıqlarını bərpa etmək istəyərkən, sığındıqları ölkənin vətəndaşlığını saxlamaq hüququna da malik idilər. Yeni qanun layihəsi bu qaydanın həmin şəxslərin ailə üzvlərinə də şamil olunmasını nəzərdə tutur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





