Avropa
Almaniyada “nasist fövqəladə vəziyyəti” elan edildi
Almaniyanın şərqindəki Drezden şəhərində “nasist fövqəladə vəziyyəti” elan edilib.
Publika.az xəbər verir ki, Saksoniya federal əyalətinin paytaxtı olan bu şəhər ifrat sağ qüvvələrin mərkəzi və islam əleyhinə “Pegida” hərəkatının yarandığı yer kimi tanınır.
2025-ci ildə Avropanın Mədəniyyət Paytaxtı elan olunmuş Drezdenin şəhər Şurası qərara gəlib ki, neonasistlərin qarşısını almaq üçün tədbirlər görülməlidir. Yerli konsul Maks Açenbax BBC-yə deyib ki, təbii fəlakət kimi, nasizm də qarşısının alınması lazım olan bir bəladır. Onun sözlərinə görə, şəhərdə demokratik cəmiyyət ciddi təhlükə ilə üz-üzədir.
Şəhər şurasının üzvləri siyasətçiləri ifrat sağ təmayüllü ekstremistlərlə mübarizədə ciddi səy göstərməməkdə ittiham edirlər. Burada qəbul edilmiş qətnamədə bildirilir ki, şəhər əhalisi bu qüvvələrin təzyiqinə və zorakılığına məruz qalan insanlara kömək etməli, etnik azlıqları və miqrantları qorumalıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
