Avropa
Həkimlər, tibb bacıları və ingilis dilini bilənlərə ŞAD XƏBƏR: Britaniya yeni viza açır
Böyük Britaniyada növbədənkənar seçkilərdə kim qalib gəlirsə-gəlsin, miqrasiya siyasətində ciddi dəyişikliklər olacaq.
Publika.az xəbər verir ki, iqtidardakı Mühafizəkarlar Partiyası “Breksit”dən sonra hərəkət sərbəstliyinə son qoyacaq. Miqrasiya məsələsində nəzarət hökumətə geri qaytarılacaq. Baş nazir Boris Conson Avstraliya tərzi xal prinsipli sistemə keçəcəklərini vəd edir.
Belə ki, ölkədə ehtiyac duyulan işçi qüvvəsi miqrasiya siyasəti ilə tənzimlənəcək. Açıq olan işlərdə çalışmaq üçün ölkəyə gəlmək istəyənlər xal sistemi ilə qəbul olunacaq. Xallar yaş, ingilis dili biliyi və iş təcrübəsinə görə veriləcək. Bu proqram istedadlı miqrantlara iş təklifi almadan ölkəyə girmək imkanı verəcək. Kimin qəbul ediləcəyi isə tamamilə hökumətin ixtiyarında olacaq.
Partiya, bundan əlavə, Milli Səhiyyə Xidmətlərindən iş təklifi alan və ingilis dili biliyi olan həkim, tibb bacısı və araşdırmaçılar üçün yeni viza növü yaratmaq üzərində düşünür.
“Breksit”dən əvvəl Britaniyada yaşayan Avropa İttifaqı vətəndaşlarının haqları qorunacaq. “Breksit”dən sonra onlar digər ölkə vətəndaşları ilə eyni haqlara sahib olacaqlar.
“Breksit”dən sonra Britaniyaya köç edən ittifaq vətəndaşları 5 il işlədikdən sonra işsizlik, yaşayış və uşaqlarla bağlı yardım ala biləcəklər. Yeni miqrantlar səhiyyə sistemindən faydalanmadan əvvəl ödəniş etmək məcburiyyətində olacaq.
İşçi Partiyası
Ana müxalifətdəki İşçi Partiyası isə “bəşəri miqrasiya sistemi” quracaq və “düşmən münasibətləri”nə son qoyacaq. Partiya həm insan haqlarına əsaslanan, həm də iqtisadi və ictimai xidmətləri üçün lazımi bacarıq və iş qüvvəsi əksikliyini qarşılamağa istiqamətlənən sistem quracaq.
“Breksit”dən sonra hərəkət sərbəstliyi genişlənəcək. Ölkədəki bütün Aİ vətəndaşlarının yaşamaq və işləmək haqqı tanınacaq.
Xal prinsipli miqrasiya siyasətinə qarşı çıxan partiya qaçqınlar daxil, bütün işçilərin istismarını dayandırmaq üçün işçi qüvvəsi bazarını nizama salacaq. Ölkədə qalmaq haqqı olanların qohumlarının deportasiya edilməsinin qarşısı alınacaq. Partiya iki deportasiya mərkəzini bağlayacaq.
Liberal Demokratlar Partiyası
“Breksit”ə qarşı olan partiya Aİ daxili hərəkət sərbəstliyini qorumağı vəd edir. Partiya iş vizaları yaradacaq. Tələbələrin məzun olduqdan 2 il sonra işləmə haqqı tanınacaq. İş icazəsi və tələbə vizalarının qərarı firma və tədris qurumlarına həvalə ediləcək.
Qaçqınların həbsi son çarə kimi istifadə olunacaq. 9 həbs mərkəzindən 7-i bağlanacaq.
Breksit Partiyası
Radikal sağçı Niqel Faraqenin liderlik etdiyi partiya miqrant sayını ildə 50 minlə məhdudlaşdıracaq, hərəkət sərbəstliyinə son qoyacaq. “Etnik kökə kor baxmaq” və xal prinsipli sistemlə işçi qüvvəsini təmin edəcək.
Qeyd edək ki, ölkə miqyasında aparılan anket sorğularına görə, Mühafizəkarlar Partiyası seçkilərin lideridir.
Zümrüd
-
Hadisə20:50
Təyyarənin “qara qutu”su TAPILDI
-
Nida Xəbər 20:10
Qəza ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirildi - Tapşırıqlar verildi
-
Kriminal19:05
Azər Zahid haqda həbs qərarı verildi - Bu cinayətlərdə ittiham olunur
-
Hadisə18:35
Son 10 ildə baş verən ən böyük aviasiya qəzaları - STATİSTİKA
-
Sosial18:20
Bakıda yanğına görə bağlanan yol açıldı
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI