Dünya
İsraildən "xəritə dəyişir" etirafı: "Türk aslanları bizi mühasirəyə alıb"
Yaxın Şərqdə dəyişən güc balansı Türkiyənin regional mövqeyini yenidən gündəmə gətirib. İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş sədri Meir Ben-Şabbat Türkiyənin artan nüfuzunun İsrailin regional hesablamalarına da təsir etdiyini bildirib.
Publika.az xəbər verir ki, Ben-Şabbat “Maariv” nəşrinə müsahibəsində Suriyadakı proseslərdən sonra Ankaranın fəaliyyət imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini iddia edib.
“Türk aslanları ətrafımızı mühasirəyə alıb" deyən keçmiş rəsmi Türkiyənin təsirinin Suriyanın şimalı ilə məhdudlaşmadığını vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin regional strategiyası Şərqi Aralıq dənizini, Afrikadakı fəaliyyətini, qitələrarası ticarət dəhlizlərini və müdafiə sahəsindəki əməkdaşlıqlarını əhatə edir. Ankaranın Səudiyyə Ərəbistanı və Pakistanla inkişaf etdirdiyi müdafiə əlaqələri də bu çərçivədə diqqətə çatdırılıb.
Ben-Şabbat Türkiyənin İrandan fərqli mövqeyə malik olduğunu bildirib. O, Türkiyənin NATO üzvlüyünü və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla münasibətlərini Ankaranın regional mövqeyinə təsir edən amillər kimi qeyd edib.
Keçmiş İsrail rəsmisi Türkiyə ilə mümkün strateji rəqabətin hərbi qarşıdurmaya çevrilməməsi üçün İsrailin Suriyadakı “qırmızı xətlərini” aydın müəyyənləşdirməli olduğunu müdafiə edib.
Ben-Şabbatın fikrincə, Yaxın Şərqdə köhnə güc balansı dəyişir və Türkiyənin artan siyasi, iqtisadi və hərbi çəkisi regional proseslərdə daha qabarıq görünür.
Müəllif: Roza
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi



































.jpg)
