Avropa
İtaliyada koronavirus ən təhlükəli səviyyəyə çatdı - Ordu, tibb işçiləri və hökumət üzvləri...
İtaliyada 2 həftə əvvəl sürətlə yayılmağa başlayan yeni tip koronavirus (COVID-19) hökuməti hərəkətə keçirib.
Publika.az xəbər verir ki, ölkə miqyasında fövqəladə vəziyyət elan olunub.
Baş nazir Cüzeppe Konte epidemiyaya qarşı görülən tədbirlərin bütün ölkə ərazisində tətbiq olunacağını açıqlayıb. O, ölkədə qırmızı təhlükə səviyyəsi elan edib: “Ölən və virusa yoluxanların sayı əhəmiyyətli şəkildə artıb. Artıq zaman qalmadı. Hamımız İtaliyanın yaxşılığı üçün nələrdənsə imtina etməliyik. Vərdişlərimizi dəyişdirmək məcburiyyətindəyik”.
Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli paytaxt Romada təşkil olunan gündəlik mətbuat konfransında koronavirusa yoluxanların sayının 9 mini ötdüyünü, ölü sayının isə 460-ı keçdiyini açıqlayıb.
Hökumətin qəbul etdiyi tədbirlər sırasında iş və səhiyyə məsələləri xaricində evdən bayıra çıxmaq qadağan edilib. Sadəcə tibb işçiləri, ordu mənsubları və hökumət üzvləri sərbəst hərəkət edə bilər. Bütün təhsil ocaqları 3 aprel tarixinə qədər bağlanıb. Həmin vaxta kimi bütün idman müsabiqələri təxirə salınıb.
Sosial mediada “mən evdə qalıram” adı altında kampaniya başladılıb.
Qeyd edək ki, İtaliya koronavirusun ortaya çıxdığı Çindən, ən çox yayılan Cənubi Koreyadan sonra epidemiyanın ölçüsünə görə 3-cü sırada qərarlaşıb.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL



































.jpg)
