Avropa
Başqa çarəmiz yoxdur - 5 minə yaxın insanın öldüyü ölkədən QƏRAR
İtaliya koronavirus pandemiyasına görə strateji və vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Cuzeppe Konte danışıb.

Feysbuk hesabından canlı yayımla xalqa səslənən Baş nazir İtaliyanın II Dünya Müharibəsindən sonra ən çətin böhranla üzləşdiyini bildirib: “Bu böhranın əvvəlindən bəri şəffaf davrandıq. Xalqdan nəsə gizlətmədik. Hər gün çox sayda vətəndaşımızı itirməyin kədərini yaşayırıq. Gördüyümüz tədbirlər ciddidir, amma başqa alternativimiz yoxdur. Tədbirlərin təsirini görmək üçün zaman lazımdır. Qaydalara riayət olunmalıdır. Evdə qalmalıyıq”.
Konte ölkənin istehsal çarxını yavaşlatdıqlarını bildirib: “Bu, asan bir qərar deyil. Strateji və vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırırıq. Sadəcə ağıllı iş sistemi və milli istehsalla bağlı olan fəaliyyətlərin aparılmasına icazə verəcəyik”.
Baş nazir insanların supermarketlərdə yarışmasına gərək olmadığını, qida məhsulları satan yerlərin, apteklərin, poçt və bankların işlərinə davam edəcəyinii vurğulayıb.
Qeyd edək ki, İtaliyada 42 min 681 nəfər koronavirusa yoluxub. 4 min 825 nəfər dünyasını dəyişib.
Ölkədə 3 aprelə qədər fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.
Zümrüd
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)
.jpg)





.jpg)













.png)




