Avropa
Müəssisələr üçün 400 milyard avro ayrıldı - Baş nazirdən açıqlama
İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirus epidemiyasının iqtisadiyyata təsiri ilə mübarizə aparmaq üçün 400 milyard avroluq yeni maliyyə dəstəyi paketini təsdiqləyib.
Publika.az xəbər verir ki, paket İtaliyanın istehsal müəssisələrinin üzərinə düşən yükü yüngülləşdirmək üçün qəbul edilib.
İqtisadiyyat naziri Roberto Qualtieri və İqtisadi İnkişaf naziri Stefano Patuanelli ilə birlikdə mətbuat konfransı keçirən baş nazir yardımın 200 milyardlıq hissəsinin ixracata, qalanının isə daxili bazara istiqamətləndiriləcəyini bildirib.
Konte daha əvvəl açıqladıqları 350 milyard avroluq maliyyə paketini xatırladaraq, bu dəstəklərin iqtisadiyyatda "raket effekti" yaradacağını qeyd edib.
O, həmçinin, bəzi vergi ödənişlərinin aprel və may aylarında təxirə salınacağını diqqətə çatdırıb.
Son rəqəmlərə görə, İtaliyada 132 min 547 nəfər koronavirusa yoluxub. 16 min 523 nəfər dünyasını dəyişib, 22 min 837 şəxs sağalıb.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL



































.jpg)
