Avropa
Karantin rejimi yumşaldılır, yaşlılar küçəyə çıxır - Avropada dəyişikliklər
Bəzi Avropa ölkələri yeni tip koronavirus pandemiyasının qarşısını almaq məqsədilə aparılan kəskin qabaqlayıcı tədbirləri yumşaltmağa başlayıb.
Publika.az xəbər verir ki, Çexiyanın Baş naziri Andrey Babiş 13 martda elan olunan fövqəladə vəziyyətin yenidən uzadılmasının tərəfdarı olmadığını bildirib.
Çexiya Ticarət Palatasının prezidenti Vladimir Dlouhi hökumətin tədbirləri yumşaltmaqda gecikdiyini dilə gətirib.
7 min 41 nəfərin infeksiyaya yoluxduğu Çexiyada 204 nəfər dünyasını dəyişib. Ölkədə virusun yayılma sürəti azalmağa başlayıb.
Polşada isə virusa yoluxanların sayı 10 min 34-ə çatıb. 404 nəfər ölüb. Siyasətçilər və həkimlər infeksiyadan sağalanları qan bağışlamağa çağırıb.
Serbiyada meyvə-tərəvəz bazarları yenidən açılıb. Fövqəladə vəziyyətin davam etdiyi ölkədə hökumət bəzi tədbirləri ləğv etməyə başlayıb. Bu çərçivədə 65 yaşdan yuxarı vətəndaşların həftədə 3 dəfə evdən çıxmasına və bəzi mağazaların açılmasına icazə verilib. Ölkədə bu günə qədər 130 nəfər koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, daha əvvəl Almaniya və İtaliya da bənzər qərarlar qəbul etmişdi.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)
















.jpg)

.jpg)