Avropa
Almaniya prezidenti müsəlmanların Ramazan bayramını belə təbrik etdi
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ramazan bayramı münasibətilə mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, prezident türkcə, ingiliscə və ərəbcə yazılan mesajda bu il bayramın yeni tip koronavirus pandemiyasının kölgəsində qaldığını bildirib.
"Ramazan bayramınız mübarək olsun. Sizlər və hamımız üçün gələn il bayramı yenidən birlikdə qeyd etməyi diləyirəm. Bu il bayramı vərdiş etdiyimiz kimi birlikdə qeyd edə bilmirik. Amma daxili rahatlıqla və təsəlli verən inancla bir-birimizə bağlıyıq”, - alman lider qeyd edib.
Konstitusiyanın din azadlığını təmin etdiyinə diqqət çəkən Ştaynmayer insanların həyatını xilas etmək üçün kütləvi toplaşmağa müvəqqəti olaraq məhdudiyyət qoyulduğunu vurğulayıb: “Bu sərt qaydalara əməl edən və virusa qarşı mübarizədə ilk uğurları əldə etməyimizə fayda verən hər kəsə şükranlarımı göndərirəm. Anlayışınız, məsuliyyət şüurunuz və həssas davranışınız üçün təşəkkür edirəm”.
Zümrüd
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.jpg)



.png)



















