Avropa
İspaniyada yenidən virus həyəcanı - Komendant saatı tətbiq olundu
İspaniyanın Araqon əyalətində, Huesca qəsəbəsində səlahiyyətlilər karantin tədbirlərini geri qaytarıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb orada koronavirus infeksiyasının geniş yayılması olub. Bu, indiyə qədər Aİ üzvü olan dövlətdə ilk dəfədir ki, məhdudiyyətlər yenidən tətbiq olunur. Mütəxəssislər koronavirus infeksiyasının meyvə və tərəvəz yığan mövsümi işçilər arasında yayıldığını bildirib.
Virusun yeni ocaqları yerli olsa da, iki böyük aqlomerasiyada tapılıb - ölkənin paytaxtı və Barselona.
Almaniyada da vəziyyət ürəkaçan deyil - Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunda bir yarım mindən çox şəxsin yoluxduğu müəyyən edilib.
Yerli sakin Berit Rurup bildirib ki, xüsusilə psixoloji cəhətdən çox çətindir: “Ancaq insanlar vəziyyətin həqiqətən çətin olduğunu və bunun çox səy və nizam-intizamdan asılı olduğunu daha yaxşı başa düşməyə başladılar”.
ÜST bir neçə gün əvvəl açıqlamasında bildirib ki, Avropada epidemiyanın ikinci dalğası bir neçə gün məsələsidir. Mütəxəssislərin proqnozunun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir, amma digər tərəfdən yeni yoluxma ocaqları təkcə AB-də deyil, İngiltərədə, xüsusən də Şimali Uelsdə qeydə alınır.
Portuqaliya hakimiyyəti restoranlara, barlara, kafelərə və dükanlara aid profilaktika tədbiri kimi komendant saatı tətbiq edb. Bu məhdudiyyətlər bu günə qədər Lissabona və onun ətrafındakı ərazilərə tətbiq olunur. Baş nazir Antonio Kostanın sözlərinə görə, yerli vaxtla axşam səkkizdən başlayaraq hər yer bağlanacaq. May ayının sonundan iyunun sonuna qədər bir ay ərzində Portuqaliyada koronavirusa yoluxanların sayı doqquz min nəfəri ötüb, qırx mindən az insan infeksiyaya yoluxub, yarım min xəstə üçün ölümcül olub.
Aytən Məftun
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO


































.jpg)

