Avropa
Poroşenko koronavirusa yoluxdu
Ukraynanın sabiq prezidenti, "Roshen" qənnadı şirkətinin rəhbəri Petro Poroşenko koronavirusa yoluxduğunu və evdə müalicə aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, 55 yaşlı siyasətçi bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.
“COVID-19 testim müsbət çıxdı. Heç zamanım da olmadı. Bölgələrə səyahət etməyimə ara verəcəyim üçün çox təəssüflənirəm. Son altı ildə xəstəlikləri ayaq üstə keçirməyi öyrəşmişəm. Ancaq bu xəstəlik çox şiddətlidir. Ona görə bu gündən etibarən evdə müalicə olunacağam. Bütün ukraynalıları özünü qorumağa çağırıram”, - P. Poroşenko sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, son rəqəmlərə əsasən, Ukraynada 204 932 şəxsin COVID-19 infeksiyasına yoluxduğu aşkar edilib. 4 065 xəstə pandemiyanın qurbanı olub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)