Avropa
Bu qəsəbəyə köçənlərə 88 mindən çox pul veriləcək - ŞƏRTLƏR
115 nəfərlik əhalisi olan İtaliyanın Abruzzo bölgəsindəki L'Aquila əyalətində yerləşən Santo Stefano di Sessanio qəsəbəsində yaşayış infrasturkturunu yaxşılaşdırmaq üçün yeni plan hazırlanıb.
Publika.az xəbər verir ki, gənc yaş təbəqəsinə daxil insanları qəsəbədə yaşamağa cəlb etmək üçün 44 min avroluq (88 min manatdan çox) paket hazırlanıb.
“Gran Sasso e Monti della Laga” Milli Parkında yerləşən bu orta əsrlər təpə qəsəbəsində yaşamaq üçün 3 il üçün 8 min avro veriləcək və aylıq ödənişlər ediləcək. Yeni sakinlərin iş qurması üçün birdəfəlik 20 min avroya qədər yardım da ediləcək.
Bələdiyyə sakinlərə nominal kirayə ödəyəcəkləri mülk ayıracaq. Layihəyə yalnız 18-40 yaş arası insanlar müraciət edə bilər. Bununla yanaşı, uzunmüddətli Avropa İttifaqı vizası da tələb olunur. Sakinlər 5 illik qəsəbəyə qeydiyyata alınmalı və 1 iş yeri açmalıdır.
Qəsəbədə hazırda 115 nəfər yaşayır. Onlardan 13-ü 20 yaşdan aşağı, əksəriyyəti isə 65 yaşdan yuxarıdır.
Müraciətlər 15 noyabrdan etibarən qəbul olunacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
