Avropa
İspaniyadan ŞOK QƏRAR: Ölüm hüququ təsdiqləndi
İspaniya konqresinin (parlamentinin aşağı palatası) deputatları evtanaziya haqqında qanun layihəsini təsdiqləyib.
Publika.az ispaniya KİV-lərinə istinadla xəbər verir ki, səsvermə nəticəsində 350 deputatdan 198-i qanun layihəsini dəstəkləyib. Bundan sonra layihə Senatda (parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Proqnozlara görə, qanun gələn ilin birinci yarısında qüvvəyə minə bilər.
İspaniya Sosialist Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsi sağalmaz xəstəliyə tutulan insanların evtanaziya hüququnu tənzimləmək məqsədilə hazırlanıb. Layihəyə əsasən, evtanaziya barədə yetkinlik yaşına çatmış İspaniya təbəələri, yaxud ölkədə yaşamaq hüququna malik şəxslər müraciət edə bilərlər. Bu qərarı yalnız xəstənin özü qəbul etməli, həm də arzusunu azı dörd dəfə təsdiqləməlidir.
Müraciət həkimlər, həmçinin xüsusi komissiya tərəfindən qanuna uyğun olaraq qiymətləndiriləcək. Bütün tələblərə lazımı surətdə əməl edildiyi təqdirdə xəstə müvafiq dərmanı özü qəbul edəcək, yaxud evtanaziya həkimin yardımı ilə həyata keçiriləcək.
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyit 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı











.jpg)





















.jpg)
