Avropa
“Sülh və Arzular”: Uşaqların gözü ilə - VİRTUAL SƏRGİ
Niderlandın Mine Mark Fondu, partlayıcı müharibə qalıqları ilə əlaqəli təhlükələr barədə məlumatlılığı artırmaq məqsədilə “Sülh və Arzular”: Uşaqların gözü ilə adlı virtual sənət sərgisini təşkil edib.
Publika.az xəbər verir ki, 15 dekabrda başlayacaq sərgidə Avstraliya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Almaniya, İtaliya, Hollandiya, Norveç, Polşa və Ukrayna olmaqla on iki fərqli ölkədən 102 uşağın ərsəyə gətirdiyi ümidlər və xəyallar mövzusunda rəsmlər nümayiş etdiriləcək.
Sərgi, konfliktlərin müxtəlif mərhələlərini əks etdirən Azərbaycan, Bosniya və Herseqovina, Ukrayna və konfliktli olmayan ölkələrdən ibarət dörd bölməyə ayrılmışdır. Azərbaycanın Bakı, Ağdam, Şuşa, Şəmkir, Cəbrayıl, Tərtər, Cocuq Mərcanlı, Ağstafa, Laçın, Zəngilan daxil olmaqla müxtəlif bölgələrindən olan uşaqlar, o cümlədən məcburi köçkün uşaqları sərgidə iştirak etmişdir.
Gənc rəssamların bəziləri mina və digər müharəbə qalıqlarının təsirinə malik olan ərazilərdə, bir qrupu müharibələrin davam etdiyi bölgələrdə yaşayırlar. İştirakçıların digər bir qrupu isə öz həyat təcrübələrində konflikt və partlayıcı müharibə qalıqlarının təsirini yaşamamışdır.
Minaların təsirindən zərər görən bölgələrdə yaşayan uşaqların göndərdiyi rəsmlərlə mina təhlükəsi yaşamayan uşaqların göndərdiyi rəsmlər arasında kəskin fərqlər nəzərə çarpır. Dünyanı uşaqların gözü ilə təsvir etməkdə məqsədimiz minaların uşaqların həyatlarına və arzularına necə təsir etdiyini və Mina Riskləri ilə bağlı təhsilə olan ehtiyacı vurğulamaqdır.
Niderlandın Mine Mark Fondu, heç bir insanın partlayıcı müharibə qalıqlarının qurbanına çevrilmədiyi və insanların mina təhlükələrindən uzaq yaşadığı bir dünyanı hədəfləyən qeyri hökumət təşkilatıdır. 2019-cu ildə Mine Mark Fondu Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfər etmiş və uşaqlar üçün mina təhlükəsizliyi haqqında proqram həyata keçirmişdir.
Sərgini izləmək üçün: https://www.minemarkexhibition.org/
Mine Mark Fondu haqqında məluman üçün: https://www.minemark.org/
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq















.jpg)



















.jpg)
