Avropa
İsveçin Baş naziri istefa verdi
İsveç Baş naziri Stefan Löven parlamentin sədrinə istefaya getdiyini söyləyib.
Bu barədə Nazirlər Kabineti rəhbəri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Sədrdən məni baş nazir vəzifəsindən azad etməyi xahiş etdim. Spiker yeni hökumət formalaşdırmağa çalışacaq”, - o deyib.
Qeyd edək ki, iyunun 17-də populist İsveç Demokratları Partiyası baş nazirə etimad məsələsi üzrə parlament səsverməsi keçirilməsini tələb etmişdi. Daha əvvəl isə Solçu Partiyanın lideri Nuşi Dadqostar hökumətin yeni evlərdə kirayə mənzillərə bazar qiymətlərini tətbiq etmək təklifinə görə Lövenə etibar etmədiyini söyləmişdi. İyunun 21-də parlamentdə Lövenə etimad məsələsi üzrə səsvermə keçirilib və deputatlardan əksəriyyəti – 349 nəfərdən 181-i hökumət başçısına etimad göstərmədiyini bildirib. Bundan sonra onun iki seçim variantı var idi - istefaya getmək və ya növbədənkənar seçkilər elan etmək. Göründüyü kimi, Löven birincini seçib. (report)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)