Avropa
Ukraynadan Lukaşenkonun iddialarına CAVAB
“Ukrayna hökuməti Belarusla ümumi sərhədlərin bağlanması ilə bağlı Minskdən hər hansı rəsmi məktub almayıb”.
Publika.az xəbər verir ki, vunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
“Ukrayna tərəfi sərhədlərin Belarus tərəfdən bağlanması ilə bağlı hələ rəsmi məlumat almayıb. Bu addımdan ən çox Belarus xalqı əziyyət çəkəcək. Ukrayna ölkədən Belarusa silah tədarükü ilə bağlı Aleksandr Lukaşenkonun ittihamını qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Gələcəkdə də bunu etmək fikrimiz yoxdur. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik.
Əminik ki, heç bir absurd ittiham Belarus xalqını dost Ukrayna xalqından və insan hüquqlarını qoruyan, hörmət edən Ukrayna dövlətindən uzaqlaşdırmayacaq", - Nikolenko bildirib.
Xatırladaq ki, Aleksandr Lukaşenko ölkə ərazisinə Ukraynadan xeyli sayda silah gəldiyinə görə sərhəd qoşunlarına sərhədləri tamamilə bağlamağı tapşırdığını bildirmişdi.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)