Avropa
Yarım əsrdir görünməmiş müharibə olacaq - GENERALDAN ŞOK
Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin Ukraynaya mümkün işğalın miqyası barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Radakin Çin, Rusiya, İran və Şimali Koreyanın meydan oxumalarına diqqət çəkərək, təhlükəsizliklə bağlı məsələlərin son 30 ildə heç vaxt olmadığı qədər mürəkkəb və təhlükəli hal aldığını qeyd edib.
Baş Qərargah rəisi bildirib ki, Rusiyanın fəaliyyəti Qərbin dəyərlərinə və maraqlarına təhlükə yaradır. O, həmçinin Çini iqtisadi hədə-qorxu və ya təcavüzkar diplomatiya kimi məsələlərdə beynəlxalq normalara meydan oxumaqda ittiham edib.
Radakin daha sonra jurnalistlərə deyib ki, Rusiyanın Krımı ilhaq etməsindən təxminən 8 il sonra on minlərlə rus əsgərinin Ukrayna sərhədinə toplanması nəticəsində yaranan böhran dərin narahatlıq doğurur.
Britaniya Baş Qərargah rəisi bəyan edib ki, Ukraynanın tam şəkildə işğalı üçün ən pis ssenari baş verərsə, Avropada İkinci Dünya müharibəsindən sonra heç vaxt görünməmiş bir miqyasda müharibə olacaq.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
