Avropa
Aİ-dən KRİTİK QƏRAR: 2023-cü il yanvarın 1-dən...
Aİ Şurası Xorvatiyada avro valyuta vahidinin tətbiqi və gələn il yanvarın 1-dən bu ölkənin Avrozonaya daxil olması barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Şurasının saytında məlumat verilib.
“Bu gün Aİ Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avronu qəbul edə bilməsi üçün zəruri olan üç yekun hüquqi aktı qəbul edib. Bu, Aİ Şurasındakı prosesi başa çatdırır ki, bu da Xorvatiyanın Avrozonaya üzv olmasına və gələn ildən Aİ-nin ümumi valyutası - avronun istifadəsindən bəhrələnməyə imkan verəcək”, - mesajda deyilir.
Keçid dövrü üçün Xorvatiya kunasının sabit məzənnəsi bir avro üçün 7,53450 Xorvatiya pul vahidi səviyyəsində müəyyən edilmişdir.
Xəbər verildiyi kimi, Avropa İttifaqı Aİ ölkələrində islahatların dəstəklənməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir ki, bu da vahid Avropa valyutasının tətbiqi üçün zəruri şərtdir. Hazırda Avroqrupa 19 Avropa dövləti - Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya və Sloveniya daxildir. 2023-cü il yanvarın 1-də Xorvatiya Avrozonanın 20-ci üzvü olacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)