Avropa
“Avroviziya-2023” bu ölkədə keçiriləcək – EBU qərar verdi
Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2023”ün Böyük Britaniyada keçiriləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, gələn il yarışmaya ifaçısı bu il birinci yeri tutan Ukrayna ev sahibliyi etməli idi, lakin EBU tədbiri başqa ölkəyə keçirmək qərarına gəlib.
Birliyin press-relizində deyilir ki, Ukrayna gələn il “Avroviziya”nın finalına dərhal vəsiqə qazanacaq. Müsabiqənin təşkili ilə BBC məşğul olacaq. Britaniya şəhərlərindən tədbir üçün müraciətlərin toplanması bu həftə başlayacaq.
Ukraynanın “Kalush Orchestra” qrupu “Avroviziya-2022”nin qalibi olub. İkinci yeri britaniyalı müğənni Sem Rayder tutub. Müsabiqənin təşkilatçıları yarışın başqa ölkəyə keçirilməsini Ukraynada hərbi əməliyyatlarla bağlı risklərin qiymətləndirilməsi ilə əlaqələndiriblər.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































