Avropa
ÜST-dən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ - SON DURUM
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinə yoluxma hallarının ən çox yayıldığı ölkələrin adını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün fövqəladə hallar proqramının Meymunçiçəyi ilə Mübarizə üzrə Katibliyinin rəhbəri Rosamund Lyuis danışıb. O bildirib ki, virus ən çox İspaniyada yayılıb. Lyuisin sözlərinə görə, indiyədək 3 min 125 yoluxma halının qeydə alındığı İspaniyada vəziyyət olduqca ciddidir.
“Dünyada meymunçiçəyinə yoluxma sayına görə ABŞ ikinci yerdədir. Birləşmiş Ştatlarda virusa 2 min 316 nəfər yoluxub. Almaniyada bu rəqəm 2 268, Britaniyada 2 137, Fransada 1 453, Niderlandda 712 təşkil edir. ÜST-ün indiyədək dünya üzrə təsdiq etdiyi 16 mindən çox yoluxma halının 11 mindən çoxu Avropa ölkələrində qeydə alınıb. Eyni zamanda virus hələ də yayılmaqda davam edir”, - ÜST rəsmisi sonda qeyd edib.
Aytən Məftun
-
Region11:35İran rəsmən təsdiqlədi: Müctəba Xamenei yaralanıb
-
Rəsmi xronika11:03İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Kriminal10:44Gəncədə oğlu tərəfindən öldürülən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT/FOTO
-
Region10:28Ramzan Kadırov İrana qarşı çıxdı: Haqsızdır
-
Dünya10:06SEPAH elan etdi: “Həqiqi vəd-4” əməliyyatının 40-cı dalğası başladı
-
Sosial09:12“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto
-
Ekopublika.az07:35Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı






































