Putin Avropaya “dəhşətli qışı” gətirir: FƏLAKƏT SSENARİSİ
Bizi izləyin

Avropa

Putin Avropaya “dəhşətli qışı” gətirir: FƏLAKƏT SSENARİSİ

Avropada enerji böhranı “pis” ssenaridən “dəhşətli” ssenariyə doğru gedir.

Publika.az
xəbər verir ki, bu barədə “Business” İndsider” “Bank of America”ya istinadən yazır.

Bank hesabatında qeyd edir ki, “Şimal axını”nın 20 faiz gücündə işləməsi qış üçün kifayət qədər ehtiyatın toplanmasını təmin etməyə bilər və hazırda Avropa İttifaqı genişmiqyaslı təlabat normasını formalaşdırır.

“Qazprom” iyul ayında “Şimal axını”nın nəqlini 20 faizə qədər azaltdı. Bu, Almaniya və Fransa kimi ölkələri qışdan öncə ehtiyat toplamağın yollarını axtarmağa vadar edir. Məsələn, Almaniyanın bəzi şəhərləri enerjiyə qənaət etmək üçün tarixi abidə və binaların işıqlandırılmasını dayandırıb.

“Bloomberg” yazır ki, Berlindəki Prezident Sarayı artıq gecələr işıqlandırılmır. Hovuzlara və idman zallarına isti suyun verilməsi dayandırılır. Ölkənin hər yerində bələdiyyələr insanları soyuqdan xilas etmək üçün qızdırılan sığınacaqlar hazırlayır. Bütün bunlar Avropanı bürüyəcək böhranın yalnız başlanğıcıdır.

“Yay hələ başa çatmasa da, Almaniyanın görünməmiş enerji qıtlığından xilas olmaq üçün çox az vaxtı var. Avropanın çox hissəsi Rusiya təbii qaz tədarükünün kəsilməsi təzyiqini hiss edir, lakin heç bir ölkə qitənin ən böyük iqtisadiyyatından daha həssas deyil. Almaniyada evlərin yarısı qazla qızdırılır”, - nəşr qeyd edir.

Nəşr gözlənilən böhrana görə kansler Olaf Şolsu günahlandırır. Hesab edilir ki, hakimiyyət problemi aradan qaldırmaq üçün ləng davrandı və alternativ mənbələri təmin etmək səyləri vəziyyətə uyğun olmadı:

“Moskva klapanları sıxır, Fransa isə qonşularına elektrik enerjisi ixracında çətinlik çəkir. Beləliklə, böhran qışdan öncə qapını kəsdirib. Ukrayna müharibəsi davam etdikcə, Kreml çox güman ki, Avropaya qaz axınını minimum səviyyədə saxlayacaq. Rusiya rəhbərliyinin mövqeyi ilə tanış olan mənbələr də bunu deyir. Bu o deməkdir ki, regionda enerji kəsiri davamlı olacaq. Qaz qiymətləri də rekord həddə qalacaq”.

“Bloomberg” Almaniyada qidalanma təhlükəsinin artdığını da vurğulayıb.

Nəşr yazır ki, hakimiyyət qəfil enerji çatışmazlığının nəzarətdən çıxacağı təqdirdə iğtişaşların baş verə biləcəyindən də narahatdır.

Məlumatlara görə, Almaniyada evlər və xəstəxanalar kimi vacib infrastruktur işıqların kəsilməsindən qorunsa da, temperaturun normal səviyyədə qalacağına zəmanət yoxdur. Daşınmaz əmlak üzrə ən böyük alman şirkətlərindən biri artıq gecələr istilik səviyyəsini azaltmaq planlarını açıqlayıb, Berlindəki hökumət binalarında da termostatlar artıq düşür. Payızda ciddi şəkildə hiss olunmağa başlayacaq bahalaşma yoxsulları daha çətin vəziyyətə salacaq. Hər 4 almandan biri artıq “enerji yoxsulluğu” həddinin altındadır.

Köln İqtisadi Tədqiqatlar İnstitutunun məlumatında deyilir ki, istilik və işıqlandırma qiymətləri insanların digər xərclərini ödəməsinə zərbə vurur. Hökumət artıq aztəminatlı ailələrə dəstək proqramları hazırlayır.

Enerji böhranı Avropada şirkətlərin gələcəyini də təhlükə altına salır. Pronqozlara görə, qışda bir çox şirkət bağlana bilər.

Almaniya Ticarət Palatalarının Federal Assosiasiyasının 3,5 min şirkət arasında apardığı sorğu göstərir ki, sənaye müəssisələrinin 16 faizi böhrana görə istehsalı azaltmaq, yaxud müəyyən əməliyyatlardan imtina etmək barədə düşünür. Bu şirkətlərdən biri də BASF konsernidir. Belə problem təkcə Almaniyada baş vermir. Yüksək enerji qiymətlərinə görə gübrə istehsalçısı olan “CF İndustries Holdings” İngiltərədəki zavodlarından birini müvəqqəti bağlamağa məcbur oldu. Ən böyük kənd təsərrüfatı korporasiyalarından olan “Cargill” şirkəti də Britaniyada emal zavodunu bağlayıb.

Beynəlxalq Valyuta Fondu Rusiyanın qaz təchizatını kəsəcəyi təqdirdə Almaniyanın ÜDM-nin 4,8 faizini itirmək riski ilə üzləşəcəyini hesablayıb. “Bundesbank” belə ssenaridə Almaniyanın 220 milyard avro zərər görəcəyini proqnozlaşdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm