İdman
Ən perspektivli futbolçuların adı açıqlandı: MDB-dən 3-ü var, Azərbaycandan isə...

"The Guardian" nəşri 2008-ci il təvəllüdlü ən perspektivli 60 futbolçunun siyahısını dərc edib.
Publika.az xəbər verir ki, siyahıda MDB-dən 3 futbolçunun adı yer alıb. Bunlar Qazaxıstanın “Kayrat” klubunun hücumçusu Dastan Satpaev, Tbilisi “Dinamo”sunun müdafiəçisi Saba Xarebaşvili və Özbəkistanın “Bunyodkor” klubunun hücumçusu Sadriddin Xasanovdur.
Türkiyədən 2 futbolçunun perspektivi yüksək qiymətləndirilir. Söhbət “Kayserispor”da çıxış edən Deniz Dönmezer və “Qalatasaray”ın üzvü olan Furkan Koçakdan gedir.
Bundan əlavə, siyahıya “Barselona”dan iki oyunçu, cinah hücumçusu Toni Fernandes və yarımmüdafiəçi Niko Qillen, Almaniyanın “Borussiya Dortmund” klubundan hücumçu Samuel İnasiо, “Bayern”in yarımmüdafiəçisi Karl Lennart və PSJ-nin hücumçusu İbrahim Mbayə daxil edilib.
Təbii olaraq siyahıda heç bir azərbaycanlı futbolçunun adı yoxdur.
Qeyd edək ki, İbrahim Mbayə cari mövsümdə Paris klubunda bütün turnirlərdə 9 oyun keçirib və bunlardan biri Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Barselona”ya qarşı start heyətdə oynadığı görüş olub - 2:1.
Heybət
-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir