Avropa
Taleyimiz həll olunacaq: Almaniya Rusiya ilə müharibədə bu iki ölkəyə dəstək vəd etdi
Almaniyanın xarici işlər naziri Yoqann Vadeful Rumıniya və Bolqarıstana Rusiya ilə qarşıdurmada dəstək vəd edib.
Publika.az xəbər verir ki, bu barədə dpa məlumat yayıb.
Qeyd olunur ki, almaniyalı nazir bu ölkələrə iki günlük səfərə gedib.
“Rumıniya və Bolqarıstan Avropanın təhlükəsizliyi və sabitliyi üçün həlledici əhəmiyyət kəsb edən tərəfdaşlardır. Cənub-Şərqi Avropa qitəmizin strateji mərkəzidir", - nazir deyib.
O əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Aİ-nin xarici sərhədləri və NATO-nun cənub-şərq cinahı üçün təhlükə Qara dənizdə görünür.
"Məhz burada Avropanın təhlükəsizlik, həmrəylik və ittifaqımızın gələcək inkişafı baxımından fəaliyyət göstərmək qabiliyyətinə malik olub-olmayacağına qərar veriləcək", - Vadeful əlavə edib.
Tural
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?

























.jpg)


.jpg)










