Dünya
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı

Pakistan ordusu Xayber-Paxtunxva vilayətinin Kurram dairəsindəki blokpostlara edilən hücuma cavab olaraq Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə "Tolo News" respublikanın silahlı qüvvələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Nangarhar vilayətindəki mənbələr təsdiqləyiblər ki, Açinin Bandar bölgəsində "Taliban" qüvvələri ilə Pakistan sərhədçiləri arasında toqquşmalar baş verib.
Nəşrin məlumatına əsasən, qarşıdurmalar təxminən bir saat əvvəl başlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, hər iki tərəf yüngül və ağır silahlardan istifadə edir. Sərhəd yaxınlığında atəş səsləri eşidilir.
Hazırda döyüşlə bağlı, itkilər və mümkün dağıntılar barədə dəqiq məlumat yoxdur.
10 oktyabrda Əfqanıstan-Pakistan sərhədində, Dürand xətti boyunca şiddətli döyüşlər baş verib. Ən gərgin toqquşmalar Kunar, Nangarhar və Həlmənd vilayətlərində qeydə alınıb.
Münaqişə Əfqanıstan hakimiyyətinin Pakistana qarşı hava məkanına dəfələrlə müdaxilə və hava hücumları ilə bağlı ittihamlarından sonra alovlanıb. Daha sonra Kabul “İslamabada qarşı intiqam əməliyyatı”nın uğurla başa çatdığını bəyan edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var
-
Dünya09:00
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı
-
İqtisadi gündəm08:00
Qızılın qiyməti rekord qırdı
-
Magazin206:16
Şakiradan iddialı FOTOLAR
-
Avropa05:15
QANDONDURAN CİNAYƏT - Qızlarını 27 il əsirlikdə saxladılar