Avropa
Bosniya və Herseqovina Pakistan əsilli miqrantları ölkədən çıxarır
Bosniya və Herseqovina Pakistandan olan qeyri-qanuni mühacirləri geri göndərməyə başlayıb.
Publika.az xəbər verir ki, 2020-ci ilin noyabrında iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində Bosniya və Herseqovinaya qeyri-qanuni yollarla gələn Pakistan vətəndaşlarının ilk qrupu ölkədən göndərilib. Bosniya və Herseqovina Müdafiə Nazirliyi Pakistandan olan immiqrantların qrup halında ölkələrinə göndərilməsinin davam etdiriləcəyini açıqlayıb.
Nazirliyin məlumatına görə, bu ilin yanvar-aprel aylarını əhatə edən dövrdə Bosniya və Herseqovinada ümumilikdə 3865 qaçqın qeydiyyata alınıb. Onların 76 faizi Pakistan, Əfqanıstan və Banqladeşdən gəlib.
Bosniya və Herseqovina Sərhəd Polisi isə ilin ilk 4 ayında ümumilikdə 1433 nəfərin Bosniya və Herseqovina ərazisinə qeyri-qanuni yollarla daxil olmağa cəhd etdiyini açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə miqrantların sayında 32 faiz azalma müşahidə olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)