Avropa
Çexiyadan ruslara "QIRMIZI İŞIQ": Avqustun sonunda...
Çexiya Senatın Beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Pavel Fişer və Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Marek Jenişek Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin qadağan edilməsi ideyasını dəstəkləyiblər.
Publika.az xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.
Avqustun sonunda Praqada keçiriləcək görüşdə bu məsələ Avropa İttifaqının nazirləri tərəfindən müzakirə olunacaq.
“Aİ ölkələrinin vətəndaşlarının, o cümlədən Çexiya vətəndaşlarının təhlükəsizliyi üçün Rusiya Federasiyası vətəndaşlarına Şengen vizalarının verilməsi tamamilə dayandırılmalıdır. Lakin dəstəyə ehtiyacı olan ruslar üçün yaşamaq və beynəlxalq müdafiə tələbi ilə Aİ ölkələrinə müraciət etmək hüququ qorunmalıdır”, – Fişer bildirib.
Siyasətçinin sözlərinə görə, o, çoxdan belə tədbirlərin tərəfdarıdır. Fişer bəzi Aİ ölkələrinin rus iş adamlarına ölkələrin iqtisadiyyatlarına sərmayə qoymaları müqabilində onlara vətəndaşlıq və ya yaşayış icazəsi verməsini qalmaqallı adlandırıb.
Jenişek isə vurğulayıb ki, ruslara Şengen vizalarının verilməsinə qadağa Moskvaya qarşı ilk sanksiyalardan biri olmalı idi.
İdeya Çexiya parlamentinin hər iki palatasının bir çox üzvləri tərəfindən dəstəklənib.
Bundan əvvəl məlum olub ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən ruslara Şengen vizalarının verilməsinə xitam verilməsini müzakirə edir. Belə bir tələblə Ukrayna prezidenti Volodimir Zelenski də çıxış edib.
Hüseyn İbadlı
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO


































.jpg)


