Avropa
Britaniyanın ən böyük hərbi gəmisi QƏZAYA UĞRADI
Kral Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "HMS Prince Of Wales" ABŞ-a getdikdən qısa müddət sonra böyük texniki problemlə üzləşib.
Bu barədə Publika.az "Sky News"a istinadla xəbər verir .
Yalnız keçən il tam istifadəyə verilən 3 milyard funt-sterlinq dəyərində olan təyyarədaşıyan gəmi indi Uayt adasının cənub-şərqində lövbər salıb.
Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü deyib: "HMS Prince of Wales", yeni mexaniki problemlə bağlı araşdırma davam edərkən, cənub sahilindəki təlim zonasında qalır".
Britaniyanın ən böyük gəmisi avqustun 27-də "Şimali Amerika və Karib dənizi sahillərində gizli təyyarələr və İHA əməliyyatları" tətbiq etmək missiyasının bir hissəsi olaraq Böyük Britaniyanın Portsmut şəhərindən yola düşüb.
Onun F-35 sürətli reaktiv təyyarələri və dronları ilə Nyu-York və Halifaxı ziyarət etməsi planlaşdırılırdı.
Xatırladaq ki , Böyük Britaniya tezliklə Ukraynaya bir neçə döyüş gəmisini təhvil verəcək.
Hüseyn İbadlı
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!

































.jpg)




