Avropa
“Qazprom”dan Avropaya XƏBƏRDARLIQ - “Şimal axını - 2” işləməsə...
2025-ci ilə qədər Avropada maye qazın (LNG) həcmində əhəmiyyətli artım baş verməyəcək. Heç bir istehsalçı şirkət Avropaya qaz tədarükünü bizim kimi sürətlə artıra bilməyəcək.
Publika.az “kommersant.ru” saytına istinadla xəbər verir ki, bunu “Qazprom”-un İdarə Heyətinin sədr müavini Oleq Aksyutin Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Qaz Forumunda bildirib.
O, hesab edir ki, Avropa və Asiya arasında enerji bazarı uğrunda gedən rəqabət LNG qazının qiymətinin artmasına və resursa əlçatanlığın azalmasına səbəb olacaq.
Onun sözlərinə görə, “Şimal axını 2” qaz kəmərini işə salmaqla problemi həll etmək olar:
“Avropa hazırda olduğu kimi, yaxın vaxtlarda da Asiyalı idxalçılarla bu həcmin artırılması üçün şiddətli şəkildə rəqabət aparmalı olacaq. Bunun nəticəsində qlobal qaz bazarında mövcud şərtlər daxilində LNG qıtlığına səbəb olacaq və qiymətləri artıracaq. Bu isə ödəmə qabiliyyəti zəif ölkələr üçün daha ciddi problemlər yaradacaq”.
Rövşən Ziya
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)