Avropa
Bu ölkədə ABORT etdirmək istəyən qadınlarla bağlı yeni FƏRMAN
Macarıstanda abort etdirmək istəyən qadınlar dölün ürək döyüntüsünü dinləmək məcburiyyətində olacaq.
Publika.az xəbər verir ki, abort üçün gələn qadınlar mama-ginekoloqdan arayış təqdim etməyə borcludur. Bu barədə Macarıstanda fərman qüvvəyə minib. Bu ölkənin Daxili işlər nazirinin müvafiq əmri rəsmi qəzetdə dərc olunub.
Sənədə əsasən, hamiləliyi dayandırmaq istəyən qadının verdiyi ərizənin forması dəyişdirilir. İndi sənədə bu bənd də daxil edilib: “Tibbi sübutlar göstərir ki, tibb işçisi hamilə qadına aydın şəkildə müəyyən edilə bilən bir şəkildə dölün həyati funksiyalarını nümayiş etdirib”.
Beləliklə, abort üçün göstərişi imzalayan mama-ginekoloq hamilə qadının dölün ürək döyüntüsünü dinlədiyini ifadə etməyə borcludur. Milli Tibb Palatası bu qaydanın mövcud etika kodeksinə və palatanın əsas prinsiplərinə uyğun olduğunu bildirib.
“Yeni qayda mahiyyət etibarilə yalnız inzibati baxımdan mövcud protokolu dəyişdirir, indiyə qədər dölün həyati əlamətlərini yoxlamaq və hamilə anaya məlumat vermək lazım idi” , - palata bildirib.
Hazırda bu ölkədə hamiləliyin 12-ci həftəyə qədər (istisna hallarda - 24-ə qədər) dayandırılmasına icazə verilir. Hamiləlik zorakılıq nəticəsində baş veribsə, ananın sağlamlığını təhdid edirsə, dölün inkişafında pozğunluq varsa və ya hamilə qadın çətin maliyyə vəziyyətindədirsə, prosedur təyin edilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)