Avropa
Polşa Almaniyaya qarşı təzminat tələbini rəsmiləşdirdi
Polşa İkinci dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib.
Publika.az xəbər verir ki, Polşanın xarici işlər naziri Zbiqnev Rau alman həmkarı Annalena Berboka ünvanlanmış müvafiq diplomatik notanı imzalayıb. A.Berbokun Polşaya səfəri ərəfəsində təzminat tələbinin formal rəsmiyyət statusu alması, eyni zamanda, rəsmi Varşavanın mövzuya ciddi yanaşmasına bir işarədir. Z.Rau bildirib ki, diplomatik nota 1939-1945-ci illər ərzində nasist Almaniyasının təcavüz və işğalının nəticələrinin davamlı, hərtərəfli, qəti hüquqi, həmçinin maddi həlli istiqamətində dərhal addımların atılmasının zəruriliyinə dair Polşa xarici işlər idarəsinin mövqeyini əks etdirir.
Qeyd edilməlidir ki, Polşanın haimiyyətdə olan mühafizəkar Ədalət və Hüquq Partiyası (PiS) son illərdə təzminat ödənişi məsələsini dəfələrlə gündəmə gətirib və son olaraq parlament komissiyası dəymiş zərərin həcmini 1,3 trilyon avro olaraq müəyyən edib.
Z.Rau nota ilə bağlı açıqlamasında konkret məbləğ barədə heç bir fikir söyləməyib. O bildirib ki, rəsmi Varşava Almaniya tərəfindən Polşa dövlətinə dəymiş maddi və qeyri-maddi zərər görə reparasiya ödənişləri etməlidir. Eyni zamanda alman işğalının qurbanları və onların ailə üzvlərinə təzminat ödənilməlidir. Bununla yanaşı işğal dövründə talan və məhv edilmiş mədəni abidələr, arxivlərlə də bağlı həll yolu tapılmalıdır.
Rəsmi Berlin Polşa tərəfindən indiyədək səsləndirilən təzminat tələblərini rədd edərək, Almaniyanın birləşdirilməsi zamanı İkinci dünya müharibəsinə aid bütün məsələlərin həll edildiyini iddia edir. Almaniya hökuməti hesab edir ki, 1990-cı ildə Almaniyanın birləşdirilməsi zamanı bağlanmış və İkinci dünya müharibəsində Almaniyaya qarşı vuruşmuş müttəfiq dövlətlərə qarşı bütün öhdəliklərə son qoyan “2+4“ sazişi ilə bütün təzminat iddialarına son qoyulub.
Almaniya Xarici İşlər Nazirliyindən Polşanın diplomatik notası ilə bağlı mətubata heç bir açıqlama verilməyib.
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?















.jpg)





















