Avropa
İki ölkə sərhədində 200 miqrant saxlanıldı
Serbiyanın xüsusi polis qüvvələri Macarıstan sərhədində keçirilən əməliyyatda 200 miqrantı saxlayıb.
Publika.az xəbər verir ki, Macarıstanla sərhəddə Srpski Krstur bölgəsindəki əməliyyatda 200 miqrantla yanaşı, müxtəlif silahlar və pul vəsaiti ələ keçirilib.
Saxlanılan miqrantların bəziləri dövlət tərəfindən inşa edilən düşərgələrə aparılıb. Qalanları isə insan, silah və narkotik alveri, eləcə də zorakılıq cinayətlərinə görə saxlanılıblar.
Əməliyyatın Serbiya, Macarıstan və Avstriya arasında Avropaya artan miqrant axınının qarşısını almaq üçün əldə edilən razılaşma çərçivəsində həyata keçirildiyi bildirilib.
Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib ki, Serbiya heç vaxt cinayətkarların gəlib qaldığı ölkə olmayacaq və insanların kədərlərinə görə pul qazanılmasına icazə verilməyəcək.
Qeyd edək ki, hazırda yüzlərlə miqrant Serbiyanın Macarıstanla sərhədindəki müvəqqəti düşərgələrdə qalır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































