Avropa
“Avroviziya 2023”ün təqvimi
“Avroviziya 2023” mahnı müsabiqəsinin təqvimi bəlli olub. İlk yarımfinal mayın 9-na, ikinci yarımfinal mayın 11-nə, final isə mayın 13-nə təyin edilib.
Publika.az xəbər verir ki, yarışa Böyük Britaniya – İngiltərənin Liverpul şəhəri ev sahibliyi edəcək. İştiraka razılıq verən ölkələr bunlardır: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Yunanıstan.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































