Avropa
Məşhur yazıçının sui-qəsdən sonra bir gözü KOR OLDU
Britaniya yazıçısı Salman Rüşdinin ədəbi agenti Endryu Uayli onun sui-qəsd cəhdindən sonrakı durumundan danışıb.
Publika.az bu barədə "Pais"ə istinadla xəbər verir.
"Onun yaraları dərin idi, bir gözünün görmə qabiliyyətini itirdi. Boynunda üç ağır yara var idi. Qoldakı sinirlər kəsildiyi üçün bir əli əlildir. Onun döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var", - Uayli deyib.
Xatırladaq ki, avqustun 12-də 75 yaşlı yazıçı Rüşdi Nyu-Yorkun Çautauqua İnstitutunda mühazirə zamanı naməlum şəxsin hücumuna məruz qalıb. O, Rüşdiyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yazıçıya hücum anı videoya düşüb .
Yazıçının boynundan bıçaqlandığı, vertolyotla xəstəxanaya aparıldığı, əməliyyat olunduğu, bir neçə gün süni nəfəs aparatında qaldığı deyilirdi.
"NBC News" kanalının məlumatına görə, yazıçıya hücum edən Hadi Mətar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəğbət bəsləyib. Bu, onun sosial şəbəkələrini yoxlayan zaman məlum olub. Bununla belə, şübhəli şəxslə SEPAH arasında “birmənalı əlaqələr” qurulmayıb.
Salman Rüşdi hind əsilli britaniyalı yazıçıdır. O, 1981-ci ildə “Gecəyarısı Uşaqları” filminə görə "Buker" mükafatını qazanıb.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)