Avropa
Miloş Zeman son dəfə ÇAĞIRIŞ ETDİ: "Təhdid altındayıq, Rusiyanı məcbur edəcəyik ki..."
Çexiya prezidenti Miloş Zeman Ukraynaya hərbi yardım da daxil olmaqla dəstəyin davam etdirilməsinə çağırıb və təkid edir ki, Rusiya sonda Ukraynadan çəkilməli olacaq.
Bu barədə Publika.az LRT-yə istinadən xəbər verir.
"Mən əminəm ki, gec-tez azad ölkələrin təzyiqi Rusiyanı Ukrayna ərazisini tərk etməyə məcbur edəcək", - Zeman televiziyada ənənəvi Milad müraciətində vurğulayıb.
O bildirib ki, o, həmişə ölkəsi ilə Rusiya arasında ədalətli iqtisadi münasibətlərin tərəfdarı olub, xüsusən də söhbət mühüm enerji təchizatından gedir.
“Lakin hazırda dünyanın və buna görə də Çexiyanın təhlükəsizliyi təhdid altındadır və buna görə də iqtisadi maraqlar öz yerini təhlükəsizlik maraqlarına verməlidir”, - o xalqı əmin edib.
Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Zeman Aİ-nin Rusiyaya qarşı sərt sanksiyalarının əleyhdarı sayılırdı, ona görə də o, tez-tez “rusiyapərəst” mövqeyinə görə tənqid olunurdu.
Bundan əlavə, nəşr Zemanın bu il prezident kimi sonuncu dəfə xalqa müraciət etdiyini xatırladıb.
"İki müddətdən sonra o, yanvarın 13 və 14-də keçiriləcək seçkilərdə artıq üçüncü müddətə namizəd ola bilməyəcək", - LRT vurğulayıb.
Hüseyn İbadlı
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

