Avropa
Fransada 10 min polis AYAĞA QALDIRILDI: ölkə hər an çalxalana bilər
Fransada pensiya islahatına qarşı irimiqyaslı etirazlar cümə axşamına planlaşdırılıb.
Publika.az xəbər verir ki, asayişi təmin etmək üçün təxminən 10 min polis və jandarm cəlb olunacaq. Bundan başqa, Parisdə 3,5 min hüquq-mühafizə orqanı əməkdaşı çalışacaq.
Səlahiyyətlilərin proqnozlarına görə, Fransa şəhərlərində 750 minə qədər insan küçələrə çıxa bilər. Etirazları təşkil edən həmkarlar ittifaqları iştirakçıların sayının bir milyon nəfərə çatacağını gözləyirlər.
Ötən həftə Fransanın baş naziri Elizabet Born milli pensiya islahatlarının əsas istiqamətlərini açıqlayıb. Onun Nazirlər Kabinetinin 2023-cü il sentyabrın 1-dən işə başlaması gözlənilir. Hökumətin təşəbbüsü ilə pensiya həddi tədricən 62-dən 64-ə keçəcək. Bütün proses 2030-cu ilə qədər davam edəcək.
Emmanuel Makronun birinci dövründə hökumət artıq pensiya islahatını həyata keçirməyə çalışırdı ki, bu da ölkədə etiraz dalğasına səbəb olub. 2020-ci ilin yanvarında Fransa hakimiyyəti pensiya yaşını artırmamaq qərarına gəlib. Və həmin ilin martında Beşinci Respublikanın Prezidenti bütün islahatın dayandırıldığını elan edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)