Avropa
Müdafiə Nazirliyində kütləvi ixtisar: 160 vəzifəli şəxs...
Almaniyanın müdafiə naziri Boris Pistorius nazirliyin rəhbərliyini əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
“Təşkilat və təftiş” şöbəsi və “strateji silahlara nəzarət” şöbəsi ləğv ediləcək. Baş müfəttişin səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılacaq. İdarəetmə sahəsində 370 vəzifədən 160-ı çıxarılacaq.
Publika.az bu barədə "Bild" tabloidinə istinadla məlumat yayıb.
Dövlət katiblərinin ofislərinin 20 nəfərdən 5-6 nəfərə endirilməsi də nəzərdə tutulur. Nazirlikdə idarə rəhbərlərinin üzərinə daha çox məsuliyyət düşəcək.
Kadrlarla bağlı qərarlar mayın 15-dək verilməlidir. Aprelin 18-də departament rəhbərlərinin iclasının keçirilməsi nəzərdə tutulub, iki gün sonra isə növbədənkənar aparat iclasında islahat elan olunacaq.
Nazirliyin qalan hissəsində islahatların aparılması üçün payızda daha bir addım atılmalıdır. Ümumilikdə isə ştatların 10-20 faiz ixtisar edilməsi nəzərdə tutulur.
Ayşən

-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...


































