Avropa
Avropada RUSİYA XOFU: Finlandiya özünü belə qorumaq istəyir
Aprelin 14-də Finlandiya Rusiya ilə sərhəd divarının 75 kilometrlik hissəsinin tikintisinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Finlandiya Avropa Birliyinin şərq sərhədi olan Polşada 2021-ci ilin qışında baş verənlərin təkrarlanmasının qarşısını almağı hədəfləyir. O vaxt blok Rusiyanın sadiq müttəfiqi olan qonşu Belarusu Yaxın Şərqdən miqrantlar gətirməkdə, onlara viza verməkdə və böhran yaratmaqda ittiham edirdi.
Keçən il Finlandiya sərhədini qanunsuz keçmə ilə bağlı 30 fakt qeydə alınıb, Rusiya sərhədçiləri Finlandiyaya 800-ə yaxın girişin qarşısını alıblar.
“Finlandiya-Rusiya sərhədində vəziyyət hazırda stabildir”, - sərhəd mühafizə xidməti briqadasının generalı Yari Tolppanen bildirib.
Mənbənin sözlərinə görə, polad hörgüdən hörülmüş sərhəd divarının hündürlüyü 3 metrdir və onun üzərinə tikanlı məftillər çəkiləcək. Divarlar gecə videomüşahidə rejimi, vacib sahələrin işıqlandırılması və dinamiklərlə təchiz olunub.
Finlandiya 2026-cı ilin sonuna qədər sərhədinin ən mühüm hissələrinin 200 kilometri (125 mil) boyunca divar tikməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, 2022-ci ilin fevralında Polşa və Baltikyanı ölkələr Ukraynanı işğal edən Rusiya və Belarusla sərhədlərində maneələr çəkməyə başlayıblar.
İndiyədək Finlandiya-Rusiya sərhədi geniş meşələrdə sadə bir xətt və alçaq məftilli hasarlarla ayrılırdı. Bu hasarlar insanları yox, ev heyvanlarını və mal-qaranı içəri buraxırdı.
Qeyd edək ki, bu il aprelin 4-də Finlandiya NATO-ya 31-ci üzv kimi qəbul edilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)