Avropa
Bu ölkələrdə quraqlıq olacaq - "Su müharibəsi" qaçılmazdır
Artıq Avropanın dörddə birindən çoxunu əhatə edən və yaya qədər yeni ərazilərə yayılmaq təhlükəsi yaradan quraqlıq suya çıxışla bağlı münaqişələrin ehtimalını artırır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Nəşrin məlumatına görə, ötənilki quraqlıq səbəbindən Avropanın yerüstü və yeraltı su anbarları tükənib. Alp dağlarında qışda az yağıntı və nazik qar örtüyü səbəbindən bu il quraqlıq, demək olar ki, qaçılmazdır. Eyni zamanda, iqlim dəyişikliyi Avropa ərazisinin əksər hissəsində suyun mövcudluğunun azalmasına gətirib çıxarır.
Fransada artıq bir neçə kəndin su təchizatında yaranan problemlər qarşıdurmalara səbəb kimi göstərilib. İspaniyanın baş naziri Pedro Sançesin sözlərinə görə, quraqlıq yaxın illərdə ölkədə siyasi və ərazi mübahisələrinin əsas səbəblərindən biri ola bilər. Almaniyanın cənubunda son iki onillikdə su ilə bağlı məhkəmə çəkişmələrinin sayı iki dəfə artıb.
Nəşr bildirir ki, Avropa ölkələri mövcud və gözlənilən su çatışmazlığına cavab tədbirləri hazırlamağa çalışırlar. Xüsusilə, ötən ilin yayında Böyük Britaniya, Fransa, İspaniya və İtaliyada sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib.
Lakin tənqidçilər iddia edirlər ki, ölkələr bütün qitədə bol olmaqda davam edən resursların düzgün idarə edilməsi ilə bağlı çox az iş görürlər. Bu da suyun mövcudluğunun azalmasının təsirlərini gücləndirir.
Ayşən
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






.jpg)















.png)












