Avropa
Çin və Rusiyanın bölgədə artan hərbi gücünə NATO belə cavab verir
"İkinci Dünya müharibəsindən sonra iki blok formalaşmışdı, Qərb ölkələri və Türkiyə NATO-da toplandılar, SSRİ və onun təsiri altındakı Şərqi Avropa dövlətləri Varşava Müqaviləsi Təşkilatını yaratdılar. SSRİ-nin dağılmasıyla Varşava Müqaviləsi Təşkilatı dağıldı və bu təşkilatın keçmiş üzvlərinin əkəsiryyəti NATO-ya üzv qəbul edildilər. Rusiya rəsmiləri 1991-2000-ci illər arasında NATO-ya ehtiyac olmadığını səsləndirirdilər. Kremlin məntiqi sadə idi: “SSRİ yoxdursa və “soyuq müharibə” bitibsə NATO-ya da ehtiyac olmamalıdır”. NATO ölkələri fərqli düşünürdülər. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü və 2022-ci ildə Ukraynaya hərbi müdaxilələri NATO-nun davamlılığının vacibliyini bir daha təsdiq etdi. Uzun onilliklər neytral siyasətə üstünlük verən Finlyandiya və İsveç belə Şimali Atlantika Blokuna üzvlüyə qərar verdilər".
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, NATO Avropanın tamamında möhkəmlənib, növbəti hədəf Ukraynanın təşkilata üzvlüyünü təmin etməkdir.
"Bu çətin olacaq, çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibə bitməyənə qədər Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü problematikdir. Ancaq müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyü aktuallaşacaq və bu məsələ müsbət həll ediləcək. NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb. Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsindəki təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədirlər. NATO Əfqanıstandakı əməliyyatda da iştirak edirdi. NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir.
NATO uzaq Yaponiyada ofis açmaq qərarını verib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bununla bağlı açıqlama verərək NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını deyib. “NATO-nun Asiya-Sakit Okean regionunda daim şərqə doğru genişlənməsi, regional işlərə müdaxilə, regional sülh və sabitliyi pozmaq cəhdləri, blokların qarşıdurması istəyi region ölkələrindən sayıqlığın artırılmasını tələb edir”, - deyə o, brifinq zamanı bildirib. Onun sözlərinə görə, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”. NATO Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün Yaponiyada ilk əlaqə ofisini açmağı planlaşdırıb. Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücüylə əlaqəlidir. Rusiya və Çin həm quruda, həm də okean və dənizlərdə birgə hərbi təlimlərin sayını artıbılar. Bu fəallığa NATO seyrçi qalmaq istəmir",- deyə E.Şahinoğlu yekunlaşdırıb.
Ayşən
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək































.jpg)



.jpg)
