Orban yenə də Ukraynaya "ilişdi" - ABŞ qərar verir
Bizi izləyin

Avropa

Orban yenə də Ukraynaya "ilişdi" - ABŞ qərar verir

Orban yenə də Ukraynaya "ilişdi" - ABŞ qərar verir

Ukrayna artıq suveren dövlət deyil.

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Onun sözlərini
"Die Welt" sitat gətirir.

Siyasətçinin fikrincə, Ukraynanın nə pulu, nə də silahı var, ölkə yalnız Qərb dövlətlərinin dəstəyi sayəsində hərbi əməliyyatlarda iştirak edə bilər. "Sülhün nə vaxt gələcəyinə Birləşmiş Ştatlar qərar verir", - o qeyd edib.

Beynəlxalq Cinayət Məhkəməsinin qərarını şərh edən baş nazir Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, atəşkəsə nail olmaq üçün münaqişə tərəflərini danışıqlar masası arxasına oturmağa inandırmaq lazımdır.

“Danışıqlar üçün nümayəndə heyətlərinin rəhbərlərinə ehtiyacımız var. İştirakçı ölkələrin liderləri olmasa, onlara kim rəhbərlik edəcək?”, - deyə Orban bildirib.

Həmçinin jurnalistlərə müsahibəsində baş nazir vurğulayıb ki, Qərb sanksiyaları nəinki Rusiyanı diz çökdürə bilmədi, həmçinin Avropa İttifaqının ilkin olaraq istədiyi kimi, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələsində heç bir müsbət addımla yadda qalmadı.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm