Avropa
Bu ölkələr dağılacaq - SSRİ-nin məhvini öncədən deyən ekspertdən şok proqnoz
“Qaçılmaz süqutla üz-üzə qalan Qərb dağılacaq, Rusiya isə güclənəcək”.
Publika.az xəbər verir ki, bu barədə 1970-ci illərdə SSRİ-nin dağılacağını dəqiq proqnozlaşdıran məçhur fransalı sosioloq Emmanuel Tod “Le Figaro”-ya müsahibəsində deyib.
E.Tod bu qənaətlərini üç faktorla əsaslandırır: “Birincisi, ABŞ-da sənayenin və təhsilin tənəzzülüdür. İkincisi, Qərb cəmiyyətində protestantlığın dəyər kimi yoxa çıxmasıdır. Üçüncüsü, Rusiyanın dünyanın qalan hissəsində artan cəlbediciliyidir”.
Onun sözlərinə görə, Rusiyanın yeni mühafizəkar “yumşaq gücü” ölkələrə “dəli” kimi görünən Qərb əxlaqından daha cəlbedici gəlir.
“İqtisadiyatının sanksiyaların şokuna tab gətirməsi də Rusiya iqtisadi modelinin cəlbediciliyini artırır. Qərbdə Rusiya haqda deyilənlər çox vaxt doğru çıxmır: o, tənəzzülə uğrayan ölkə kimi təqdim edilir, halbuki, onun sürətlə bərpa və yenidənqurmaq mərhələsində olduğuna diqqət yetirmirlər.
Rusiya sistemini silahlandıran və milli birliyi qidalandıran məhz Qərbin düşmənçiliyidir. Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı daxili istehsalla əvəzləməyə imkan verdi ki, bu da onların iqtisadiyyatına Avropa İttifaqı iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük verəcək”, - E.Tod deyib.
Asif
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)

















.jpg)
.jpg)

