Avropa
Bu ölkələr Orbana qarşı: Macarıstandakı mühüm görüş boykot ediləcək
Finlandiya və İsveç Aİ Şurasına sədrlik edən Macarıstanda keçirilən nazirlərin görüşlərini boykot etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Finlandiya və İsveç Orbanın Moskvaya səfərinə etiraz olaraq Macarıstanda keçirilən Aİ nazirlərinin görüşlərini boykot etməyi planlaşdırır”, - nəşr yazır.
Qəzet qeyd edib ki, Finlandiyanın baş naziri Petteri Orpo və İsveç prezidenti Ulf Kristersson Aİ nazirlərinin Macarıstanda keçiriləcək iclaslarına nazirləri və ya dövlət katiblərini göndərməmək barədə razılığa gəliblər. Boykot iyulun sonuna qədər davam edəcək, lakin Macarıstanın hərəkətlərindən asılı olaraq oxşar addım davam edə bilər.
Xatırladaq ki, Viktor Orban iyulun 5-də Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, Moskva səfərini iyulun 2-də Kiyevə səfərlə başlayan sülh missiyasının növbəti mərhələsi adlandırıb. Macarıstanın baş naziri yaxın vaxtlarda bir neçə belə gözlənilməz görüşlər keçirmək niyyətində olduğunu bildirib.
Akqabay
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI
















.webp)


.png)



















