Avropa
Niderland Ukraynaya elə bir dəstək verdi ki... - “Münaqişə hələ bitməyib...”
Niderland Ukraynaya 950 milyon avro dəyərində hərbi yardım paketi ayıracaq, bunun 700 milyon avrosu dronlara yönəldiləcək.
Publika.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans öz "X" sosial şəbəkə səhifəsində məlumat verib.
Müdafiə nazirinin sözlərinə görə, bu dəstək qərarı diplomatik sahədə irəliləyiş olmasına baxmayaraq qəbul edilib, çünki münaqişə hələ başa çatmayıb. Paket çərçivəsində əlavə 250 milyon avro ABŞ silahlarının alınmasına sərf olunacaq.
“Son dəstəyimizi bildirirəm: dronlara 700 milyon avro və ABŞ silahlarına 250 milyon avro. Hamımız Ukraynanın danışıqlardakı mövqeyini gücləndirmək üçün səyləri artırmalıyıq”, – deyə Brekelmans yazıb.
Dekabrın 15-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 2025-ci ilin əvvəlindən Aİ Ukraynaya ümumilikdə 27 milyard avro dəyərində silah göndərib. O, hazırda “yavaşlamaq vaxtı olmadığını” vurğulayıb.
Hüseyn İbadlı
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















