Avropa
Makron narkomanlara "DİVAN TUTACAQ" - “Bezmişəm”
Fransada narkotik cinayətkarlığı ilə mübarizə kampaniyasının bir hissəsi olaraq narkotik istifadəsinə görə cərimə 200 avrodan 500 avroya qədər artırılacaq.
Publika.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu regional "La Provence" qəzetinin oxucuları ilə görüşündə açıqlayıb.
"Narkotik istifadə etmək əyləncəli deyil. Bunu insanlara aydın şəkildə çatdırmasaq, məqsədimizi əldən verəcəyik. Bəzi gənclərin yas tutmasından, digərlərinin isə narkotikdən istifadənin əyləncəli olduğunu düşünməsindən bezmişəm", - deyə o bildirib.
Bundan əlavə, Fransa lideri narkotik istifadəsinə görə "cərimələrin yığılmasını" "qeyri-qənaətbəxş" adlandırıb.
Fransa prezidenti qeyd edib ki, "bu rəqəmlərin artırılmasına cavabdeh olan Respublikaçı komissarlar təyin olunacaq".
Makron həmçinin cinayətkar dəstə liderlərinin yaşadığı digər ölkələrə səfərlərini də açıqlayıb. Prezident bildirib ki, bu ölkələrin liderləri ilə narkotik satıcılarının aktivlərinin müsadirə edilməsini müzakirə etmək niyyətindədir.
Hüsyen İbadlı
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















