Avropa
İkinci Dünya Müharibəsi zamanı dəfn edilmiş əsgərin məzarından görün nə tapıldı
Alman əsgərinin məzarını aşkar edən polşalı arxeoloqlar qalıqları çıxararkən tarixi nümunələr aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məzar Polşanın şimalında çoxsaylı təbiət qoruqları olan dövlət tərəfindən qorunan “Vdecki” Landşaft Parkında tapılıb. Əsgər gölün yaxınlığında dəfn edilib və çox güman ki, 1945-ci ilin fevralında Polşanın Qrzıbek şəhərində körpüyə nəzarət uğrunda döyüşlər zamanı həlak olub.
Cəsədin çıxarılması üçün iş başlayıb. Lakin eksqumasiya zamanı məlum olub ki, bu yer başqa sirləri də gizlədir.
Parkın arxeoloji qrupu cəsədi çıxarmaq üçün işləyərkən xəzinə tapıblar. Arxeoloqlar Neolit dövrünə aid qədim saxsı məmulatları kolleksiyası, Mezolit dövrünə aid alətlər və Avropa tarixinin müxtəlif dövrlərinə, o cümlədən Roma və Bizans imperiyalarına aid sikkələr aşkar ediblər. Ümumilikdə 30-a yaxın sikkə tapılıb.
“Əməkdaşlarımız Avropada müxtəlif dövrlərə və ərazilərə səpələnmiş sikkələrə rast gəldilər, sanki kimsə öz sikkə kolleksiyasını elə bura atıb!” – parkdan bildirilib.
Sikkələrin bir alman əsgəri tərəfindən toplanması mümkündür, lakin Polşa Akademik Araşdırmalar Agentliyinin şöbəsi olan “Research in Poland” bunu dəqiq bilmək mümkün olmadığını bildirib.
Polşada aparılan araşdırmalara görə, tapılan əşyalar əla vəziyyətdə olub. Qeyd olunub ki, ərazidə tapılan mezolit dövrünə aid alətlər ərazidə indiyə qədər aşkar edilmiş ən qədim alətlərdir.
Park rəsmilərinin sözlərinə görə, ərazinin öyrənilməsi üçün növbəti ekspedisiyalar aparılacaq.
Tural
-
Hadisə14:26DGK-nın vəzifəli şəxsləri saxlanıldı
-
Hadisə13:44Bakıda 8 şagird saqqızdan zəhərləndi
-
Sağlamlıq13:27Azərbaycanın qonşusunda "5 günlük qrip" tüğyan edir: Əlamətləri açıqlandı
-
Hadisə13:15Azərbaycanlı milyarderin Xəzər dənizindəki obyekti PUA ilə vuruldu
-
Region13:10Paşinyanın müəmmalı mövqeyi: Nə əldən qoyur, nə yardan doyur
-
Hadisə12:31Azərbaycanda generalın oğlu həbs edildi
-
İdman10:52"Qarabağ"ın ÇL-dəki vəziyyəti: Şans var?
-
Dünya10:28Dekabrın 14-ü səmaya baxmağı unutmayın: Nə baş verəcək?












.jpg)







.jpg)










.jpg)






