Avropa
Ukrayna Rusiyanı ATACMS-la vurub? - Zelenski belə CAVAB VERDİ
Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə ATACMS raketləri ilə hücumunu təsdiqləməyib. \
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “RBC Ukraine” nəşri məlumat yayıb.
“Bağışlayın, lazımsız təfərrüatlar yoxdur. Ukrayna uzun mənzilli imkanlara malikdir. İndi bizdə ATACMS var və biz bütün bunlardan istifadə edəcəyik”, - Zelenski Bryansk vilayətinə zərbələr endirmək üçün ATACMS-dən istifadə edilməsi ilə bağlı suala cavab olaraq deyib.
Xatırladaq ki, noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki obyektə altı ATACMS raketi ilə zərbə endirdiyini bildirib. Rusiya müdafiə qüvvələri beş döyüş sursatı vurub və birinə isə zədələyib.
Qeyd edək ki, noyabrın 17-də “New York Times” mənbələrə istinadən yazıb ki, Bayden ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin bildirdiyinə görə, ilkin olaraq bu silahlarla Kursk bölgəsindəki rus qoşunlarına və orada olduğu iddia edilən Şimali Koreya hərbçilərinə hücumların həyata keçiriləcəyi güman edilir.
Hüseyn İbadlı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi




































