Avropa
“Drujba”ya qarşı təxribat: Avropada nə baş verir?
Polşanın qərbində yerləşən Pnevı şəhəri ərazisində “Drujba” neft kəməri zədələnib. Nəticədə yanacaq sızması baş verib.
Publika.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Vilkopolska vilayəti üzrə bölməsinin sözçüsü Martin Halasz bildirib ki, yanğın və ya partlayış təhlükəsi qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.
“Drujba” neft kəmərini idarə edən Polşanın PERN şirkəti təxribat da daxil olmaqla kəmərə ziyan vurulmasının bütün mümkün səbəblərini nəzərdən keçirir. Bu barədə şirkət nümayəndəsi məlumat verib.
“Hazırda mütəxəssislər neftin vurulmasını bərpa etməklə, sızmanın nəticələrini aradan qaldırmaqla, həmçinin hadisənin səbəblərini müəyyənləşdirməklə məşğuldurlar”, - PERN şirkətinin nümayəndəsi bildirib.
PERN nümayəndəsinin sözlərinə görə, ekspert rəyi alınana qədər “versiyaların heç biri, o cümlədən boru kəmərinə qəsdən ziyan vurulması versiyası, habelə hadisənin sırf texniki səbəbi ilə bağlı
Noyabrın 30-da Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok mühüm infrastruktur obyektlərinə, o cümlədən “Drujba” neft kəmərinə terror hücumlarının mümkün hazırlanması ilə bağlı təhqiqata başlandığını elan etmişdi.
İdarə rəisinin sözlərinə görə, noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktlarının hazırlanmasında iştirakda şübhəli bilinən bir neçə nəfəri saxlayıblar. Onların arasında Slovakiya və Ukrayna vətəndaşları da var.
Tural
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































